SOCAR-ın xam neft satışından gəlirləri 2 dəfə artıb
Maliyyə
- 07 iyul, 2017
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ildə xam neftin satışından gəliri 2 dəfədən çox artaraq 29,613 mlrd. manat təşkil edib.
"Report" xəbər verir ki, hesabat dövründə şirkətin neft məhsullarından gəliri 3% artıb və 11,759 mlrd. manat təşkil edib.
SOCAR-ın ötən il neft-kimya məhsullarından gəliri 2,643 mlrd. manat (44% artım), təbii qazdan - 1,952 mlrd. manat (16% çox), digər gəlirləri isə 5,938 mlrd. manat (59% artım) təşkil edib.
Qeyd edək ki, 2016-cı ildə SOCAR-ın məcmu gəlirləri 57% artaraq 51,905 mlrd. manat olub.
Son xəbərlər
20:01
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB
Xarici siyasət
19:47
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
Daxili siyasət
19:41
Böyük Britaniya İrana qarşı sanksiyalar elan edib
Digər ölkələr
19:35
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə çempion olublar
Fərdi
19:34
"Sabah"ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Daxili siyasət
19:29
"Slaviya"nın futbolçusu Tomaş Vlçek: "Sabah"la qarşılaşacağımız üçün həyəcanlıyam"
Futbol
19:24
"Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah" çox yaxşı komandadır"
Futbol
19:20
Media və Yayım Şurası: Vahid məktəbli forması qərarını qərəzli şəkildə siyasiləşdirmə cəhdləri müşahidə olunur
Media
19:19
Əli Əsədov Mərakeşin hökumət başçısı təyin olunması münasibətilə Fatimə Əl-Mənsurini təbrik edib
Xarici siyasət