"Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 52 investor maraq göstərib

Maliyyə
  • 20 iyun, 2025
  • 15:34
Silk Vey Vest Aviaşirkəti”nin istiqrazlarına 52 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "Silk Vey Vest Aviaşirkəti” MMC-nin 10 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 10 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub. Hərraca 52 investor 10 milyon dollarlıq 53 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 36 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 5,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi