“SF Azerbaijan" BOKT-un zərəri 18 % artıb
- 15 may, 2023
- 05:07
Yeniliklərdən dərhal xəbərdar olun!
“SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 401 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 18,3 % çoxdur.
Bu il yanvarın 1-nə “SF Azerbaijan”ın aktivləri 134 min manat olub ki, bu da illik müqayisədə 55,6 % azdır. Bunun 2 min manatı müştərilərə verilmiş xalis kreditdir. 2022-ci ildə BOKT-un kredit portfeli formalaşıb.
Hesabat dövründə "SF Azerbaijan”ın öhdəlikləri 68,3 % artaraq 574 min manata, balans kapitalının çatışmazlığı isə 11,3 dəfə artaraq 439 min manata çatıb.
Xatırladaq ki, "SF Azerbaijan” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətidir.