Səhiyyə Nazirliyi sığortaçı seçib

Maliyyə
  • 30 avqust, 2023
  • 13:18
Səhiyyə Nazirliyi sığortaçı seçib

Səhiyyə Nazirliyi könüllü tibbi sığorta xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi “Qala Sığorta” ASC-dir.

Qalib şirkətə 8 160 manat ödəniləcək.