Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”

Maliyyə
  • 07 yanvar, 2022
  • 06:20
Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 111% əməl edib”
Səfər Mehdiyev

Dövlət Gömrük Komitəsi ötən il dövlət büdcəsi qarşısında öhdəliyinə 111,3 % əməl edib.

“Report” xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, büdcəyə 4 milyard 340,4 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 440,4 milyon manat çoxdur.

Xatırladaq ki, ötən il DGK-nın büdcə yükü 3,9 milyard manat olub. Bu il isə bu rəqəm 9,2% artırılaraq 4,26 milyard manata çatdırılıb.

44 - Tezliklə