Şahin Mahmudzadə: "ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası bu il tamamlanacaq"

Maliyyə
  • 16 iyun, 2026
  • 12:26
Şahin Mahmudzadə: ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası bu il tamamlanacaq

Bu ilin sonuna qədər Azərbaycanda ESG və iqlim risklərinin prudensial çərçivəyə inteqrasiyası tamamlanacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "8-ci DİM Dialoqu: Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi Rəsmi İnkişaf Yardımından (RİY) Kənar" tədbirində bildirib.

Onun sözlərinə görə, AMB iqlim risklərinin idarə olunması məqsədilə ESG prinsiplərinə əsaslanan rəhbər qaydalar tətbiq edib: "Bu cür yanaşma maliyyə institutlarından ESG meyarlarını strategiya və idarəetmə çərçivələrinə inteqrasiya etməyi tələb edir. Apreldə prudensial tənzimləmə çərçivəsinə edilmiş dəyişikliklər ESG və "yaşıl maliyyə" komponentlərini daha da gücləndirib. Eyni zamanda, korporativ idarəetmə tələbləri ESG prinsiplərinin və məlumatların açıqlanması öhdəliklərinin inteqrasiyası istiqamətində təkmilləşdirilib. Ümid edilir ki, ilin sonuna qədər iqlimlə bağlı risklərin kapital planlaşdırmasına daxil edilməsini təmin edəcək makroprudensial alətlərin hazırlanması başa çatdırılacaq. Bu addım yenilənmiş Bazel standartlarına uyğunlaşma baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, keçid risklərinin stress-test çərçivəsinə inteqrasiyası da ilin sonuna qədər həyata keçiriləcək".

44 filmi