Sahil Babayev: "Regionda ən investisiya yönümlü büdcə Azərbaycandadır"
- 11 noyabr, 2026
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın dövlət büdcəsi regionda ən çox investisiya yönümlü büdcə kimi dəyərləndirilir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlüləsizlik və korupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında - "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Büdcə xərcləri sosial-iqtisadi tələblərə müvafiq şəkildə formalaşdırılıb. İcmal büdcə üzrə xərclərimiz qeyri-neft-qaz ÜDM-in 46,2 %-nə bərabərdir. Azərbaycanın büdcəsi regionda ən investisiya yönümlü büdcə olaraq səciyyələnir. Dövlət büdcəmizin 32,5 %-i investisiya xarakterli əsaslı xərclərə yönəldilib. Bu, əldə etdiyimiz mühüm göstəricilərdən biri hesab olunur", - deyə nazir qeyd edib.