Azərbaycanda "Üzgüçülük hamı üçün" yarışı keçiriləcək

Fərdi
  • 11 noyabr, 2026
  • 11:14
Azərbaycanda Üzgüçülük hamı üçün yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə "Üzgüçülük hamı üçün" yarışı keçiriləcək.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Turnirdə 14 yaş kateqoriyası üzrə (10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60, 61 və yuxarı yaşlar) 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Hər yaş kateqoriyasında ölkə üzrə 1-ci və 2-ci yerləri tutan üzgüçülər türkdilli dövlətlər arasında keçiriləcək "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.

Yarışda iştirak etmək istəyənlər noyabrın 30-dək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, mübarizə dekabrın 18-də, saat 10:00-da respublikada fəaliyyət göstərən üzgüçülük hovuzlarında təşkil olunacaq.