S&P “PAŞA Bank”ın uzunmüddətli reytinqlərini yüksəldib
- 21 dekabr, 2023
- 16:47
Yeniliklərdən dərhal xəbərdar olun!
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Bank" ASC-nin uzunmüddətli reytinqlərini "B+"dan "BB-"yə yüksəldib və qısamüddətli emitentin kredit reytinqlərini (ICR) "B" səviyyəsində təsdiqləyib.
"Report" agentliyə istinadən xəbər verir ki, reytinq üzrə proqnoz "stabil"dir.
“Bu, son bir neçə il ərzində GRE (hökumətlə əlaqəli təşkilatlardan) maliyyələşdirməsinin və pərakəndə depozitlərin daimi payı hesabına təkmilləşdirilmiş maliyyə sabitliyi ilə dəstəklənən müstəqil kredit profilinin (SACP) gücləndirilməsinə dair fikrimizi əks etdirir. Onu da qeyd edirik ki, bankın Türkiyə törəmə şirkətində payının qismən satılması (51 %-dən 28 %-ə enib– red.), eləcə də 2023-cü ildə kreditləşmənin orta səviyyədə artımı və gəlirliliyin yaxşılaşması riskə uyğunlaşdırılmış kapital nisbətini dəstəkləyir”,- hesabatda qeyd edilib.
Bundan əlavə, S&P analitiklərinin fikrincə, bankın aktivlərinin keyfiyyəti yaxşılaşıb: 30 sentyabr 2023-cü il tarixinə bank sistemi üzrə orta hesabla 3-cü dərəcəli kreditləri 6-7 %-lə müqayisədə “PAŞA Bank"ın 3-cü dərəcəli kreditləri ümumi kreditlərin 5,4 %-ni təşkil edib: “Biz borclanma mövsümünün aşağı artım tempi olan makro mühitinə təsadüf etdiyi üçün növbəti 24 ay ərzində aktivlərin keyfiyyətinin tədricən pisləşməsini gözləyirik. Lakin biz hesab edirik ki, bu, bank üçün mümkünsüz deyil”
“PAŞA Bank”ın sabit proqnozu Azərbaycanda möhkəm korporativ biznes franşizasının, böyük likvidlik buferlərinin və sabit müştəri depozitlərinin növbəti 12 ay ərzində kredit profilini dəstəkləyəcəyinə dair agentliyin gözləntilərinə əsaslanır.
S&P hesab edir ki, yaxın 12 ay ərzində bankın reytinqlərini artırılmasını mümkün hesab etmit, çünki bunun üçün bankın yerli və beynəlxalq analoqlarından daha yüksək gəlirlilik, kapitallaşma və aktivlərin keyfiyyət göstəricilərini nümayiş etdirməsi lazımdır ki, bu da əsas ssenaridə gözləntilərinə uyğun gəlmir.
Xatırladaq ki, “PAŞA Bank”ASC 2007-ci ilin iyun ayında yaradılıb. Aktivlərinin həcminə görə ölkənin TOP-3 banklarından biridir. Bankın səhmdarları iki hüquqi şəxs – “PAŞA Holdinq” (56,82 %) və “Bless” MMC (28,18 %), həmçinin iki fiziki şəxs - Arif Paşayev (9,99 %) və Mircamal Paşayevdir (5,01 %). Bank “PAŞA Holdinq”ə daxildir.