“Pro Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 13 may, 2025
  • 16:49
“Pro Kredit” BOKT maliyyə vəziyyətini açıqlayıb

“Pro Kredit” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 91 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2023-cü ildən 69 min manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Pro Kredit”in vergiyəqədərki mənfəəti 105 min manat (illik müqayisədə 52,2 % çox), mənfəət vergisi ödəmələri isə 14 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Pro Kredit”in aktivləri 3,052 milyon manat olub ki, bu da illik müqayisədə 9 % çoxdur. Bunun 2,579 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 3,7 % böyüyüb.

Hesabat dövründə “Pro Kredit”in öhdəlikləri 9,6 % artaraq 1,834 milyon manata, balans kapitalı isə 8,1 % artaraq 1,218 milyon manata çatıb.

Xatırladaq ki, “Pro Kredit” BOKT 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,1 milyon manatdır. BOKT-un təsisçiləri 77,3 % payla Məhəbbət Məmmədov və 22,7 %-lə Rəna Məmmədovadır.

44 - Tezliklə