"PAŞA Sığorta"da Audit Komitəsi yaradılıb, ona sədr təyin edilib

Maliyyə
  • 07 yanvar, 2024
  • 08:14
PAŞA Sığortada Audit Komitəsi yaradılıb, ona sədr təyin edilib

"PAŞA Sığorta" ASC-nin Təftiş Komissiyası ləğv edilərək onun yerinə Audit Komitəsi yaradılıb.

“Report” şirkətə istinadən xəbər verir ki, Komitəyə sədrlik Emil İbrahimova həvalə olunub.

O, həm də “PAŞA Həyat Sığorta” ASC-də eyni vəzifəni tutur, yeni vəzifəsində isə Komissiyaya sədrlik etmiş Vüqar Mustafayevi əvəz edib.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100 % "PAŞA Holdinq" MMC-yə məxsusdur.