“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 59 % artıb

Maliyyə
  • 29 mart, 2024
  • 13:48
“PAŞA Həyat Sığorta”nın xalis mənfəəti 59 % artıb

“PAŞA Həyat Sığorta” ASC 2023-ci ili 62,814 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 58,9 % çoxdur.

Ötən il “PAŞA Həyat Sığorta”nın gəlirləri 412,554 milyon manat (əvvəlki ilə nisbətən 27 % çox), xərcləri 332,978 milyon manat (21,8 % çox), mənfəət vergisi ödəmələri isə 16,763 milyon manat (39,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Həyat Sığorta”nın aktivləri 707,489 milyon manat olub ki, bu da illik müqayisədə 28,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 26 % artaraq 595,655 milyon manata, balans kapitalı isə 40,2 % artaraq 111,834 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Həyat Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 milyon manatdır. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

44 - Tezliklə