"PAŞA Bank" Qarabağla bağlı planlarını açıqlayıb
- 28 iyun, 2022
- 07:26
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank" ASC-nin ortamüddətli və uzunmüddətli perspektivdə əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni investisiyaların cəlb olunmasıdır”.
“Report” xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.
O qeyd edib ki, Qarabağla bağkı planları olan iş adamlarının etibarlı maliyyə tərəfdaşı olmaq, ümumiyyətlə bu regionda iqtisadi inkişafa dəstək vermək "PAŞA Bank" üçün çox önəmlidir.
Bundan başqa, C.Quliyevin sözlərinə görə, 44 günlük Vətən Müharibəsi kibertəhlükəsizlik məsələsinin vacibliyini bir daha göstərib: "Hər zaman olduğu kimi, ötən il ərzində də bütün rəqəmsal məhsul və kanallarda kibertəhlükəsizliyin təmin edilməsi və mümkün dələduzluq hallarının qarşısının alınması üçün müvafiq tədbirlər görülüb".
C.Quliyev ötən ili azərbaycanlı iş adamları üçün biznesin bərpası ili kimi qəbul etdiklərini də əlavə edib.