"PAŞA Bank"ın xalis mənfəəti 50 % artıb

Maliyyə
  • 15 iyul, 2023
  • 06:49
PAŞA Bankın xalis mənfəəti 50 % artıb

“PAŞA Bank” ASC bu ilin I yarısını 97,106 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 49,8 % çoxdur.

Yanvar-iyun aylarında “PAŞA Bank”ın gəlirləri 297,36 milyon manat (illik müqayisədə 32,8 % çox), xərcləri 165,725 milyon manat (28,8 % çox), xüsusi ehtiyatlara ayırmaları 13,589 milyon manat (49,1 % çox), mənfəət vergisi ödəmələri isə 20,941 milyon manat (1,2 % az) təşkil edib.

Bu il iyulun 1-nə “PAŞA Bank”ın aktivləri 8 377,653 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,9 % çoxdur. Bunun 2 669,538 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,2 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 11,5 % artaraq 7 626,977 milyon manata, o cümlədən depozit portfeli 13 % artaraq 6 725,547 milyon manata, balans kapitalı isə 29 % artaraq 750,676 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Bless" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

44 - Tezliklə