"PAŞA Bank"ın xalis mənfəəti 14 % azalıb

Maliyyə
  • 16 aprel, 2025
  • 09:44
PAŞA Bankın xalis mənfəəti 14 % azalıb

“PAŞA Bank” ASC bu ilin I rübünü 44,017 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,9 % azdır.

Yanvar-mart aylarında “PAŞA Bank”ın gəlirləri 213,771 milyon manat (illik müqayisədə 9 % çox), xərcləri 151,736 milyon manat (18,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,803 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 12,217 milyon manat (38,4 % az) təşkil edib.

Bu il aprelin 1-nə “PAŞA Bank”ın aktivləri 8 milyard 248,112 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7 % azdır. Bunun 3 milyard 219,511 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8,6 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 7,3 % azalaraq 7 milyard 290,259 milyon manata, o cümlədən depozit portfeli 9,2 % azalaraq 6 milyard 320,801 milyon manata, balans kapitalı isə 8,5 % artaraq 957,853 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

44 - Tezliklə