"PAŞA Bank"ın xalis mənfəəti 10 % artıb

Maliyyə
  • 18 aprel, 2023
  • 05:38
PAŞA Bankın xalis mənfəəti 10 % artıb

“PAŞA Bank” ASC bu ilin I rübünü 42,231 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 10,2 % çoxdur.

Yanvar-mart aylarında “PAŞA Bank”ın əməliyyat gəlirləri 130,494 milyon manat (illik müqayisədə 33,4 % çox), əməliyyat xərcləri 65,088 milyon manat (19,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 10,604 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 12,571 milyon manat (dəyişməyib) təşkil edib.

Bu il aprelin 1-nə “PAŞA Bank”ın aktivləri 8 693,036 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22 % çoxdur. Bunun 2 686,228 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 3,2 % böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 21,6 % artaraq 7 972,686 milyon manata, o cümlədən depozit portfeli 25,3 % artaraq 7 105,283 milyon manata, balans kapitalı isə 26,1 % artaraq 720,349 milyon manata çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Bless" MMC-yə, 10% Arif Paşayevə, 5%-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

44 - Tezliklə