"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb
- 13 may, 2025
- 11:52
Yeniliklərdən dərhal xəbərdar olun!
“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” bu ilin I rübünü 137,939 milyon lirə (5,518 milyon manat) xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 % çoxdur.
Yanvar-mart aylarında "PAŞA Yatırım Bankası"nın vergiyəqədərki mənfəəti 126,851 milyon lirə (5,074 milyon manat, 1 il əvvələ nisbətən 1,5 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 11,088 milyon lirə (444 min manat; 1 il əvvəl vergi ödəyib) təşkil edib.
Bu il aprelin 1-nə “PAŞA Yatırım Bankası”nın aktivləri 12 milyard 599,972 milyon lirə (503,999 milyon manat) olub ki, bu da illik müqayisədə 22,9 % çoxdur. Bunun 5 milyard 826,49 milyon lirəsi (233,06 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 19,8 % böyüyüb.
Hesabat dövründə “PAŞA Yatırım Bankası”nın öhdəlikləri 21,6 % artaraq 10 milyard 723,627 milyon lirəyə (428,945 milyon manat), balans kapitalı isə 31,3 % artaraq 1 milyard 876,345 milyon lirəyə (75,054 milyon manat) çatıb.
Xatırladaq ki, "PAŞA Yatırım Bankası" 2015-ci ildə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holdinq"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (20 milyon manat). Bankın səhmlərinin 71,75 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,21 %-i “PAŞA Bank”a, 0,04 %-i isə “Aksoy Holdinq”ə məxsusdur.
1 lirə = 0,04 manat