“PAŞA Bank” bazara yeni kart məhsulu çıxarıb
- 14 iyul, 2017
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 14 iyul. REPORT.AZ/ “PAŞA Bank” ASC iş adamlarını dəstəkləmək məqsədi ilə bazara yeni kart məhsulu - “Tacir Kart”ını təqdim edib.
“Report”un banka istinadən verdiyi xəbərə görə, “PAŞA Bank” bu kart istifadəçiləri üçün unikal şəbəkə yaratmaqla, ticarət prosesində iştirak edən tərəflər arasında əlaqələrin genişlənməsini və operativliyi təmin edir.
“Tacir Kart”dan istifadə sahibkarlar üçün ən qısa müddətdə nağd ödənişlərdən qeyri-nağd ödənişlərə keçid, hesabatlılığın asanlaşması, kartın kredit xəttindən faydalanmaq, hər distribyutor üzrə müxtəlif limitlərin müəyyən olunması imkanı yaradır.
Kartın distribyutor şirkətlər üçün üstünlüklərinə pul dövriyyəsinin nağdsız formaya keçməsi, şirkətin pul dövriyyəsinin effektiv idarə edilməsi, mobil POS-terminal vasitəsi ilə ödənişlərin qəbulu, nağd vəsaitin qəbulu ilə əlaqəli risklərin azalması, vəsaitin həmin gün hesaba köçürülməsi, inkassasiya xidmətinə ehtiyacın olmaması, hesabatlılığın asanlaşması və sahibkarlara fərdi kredit limitlərinin müəyyən edilməsidir.