"Optimal Finance" BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 31 may, 2022
  • 11:48
Optimal Finance BOKT ötən ili mənfəətlə başa vurub

"Optimal Finance" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 80 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən cüzi xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il "Optimal Finance"ın vergiyəqədərki mənfəəti 100 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 20 min manat (əvvəlki il qənaət olub) təşkil edib.

Bu il yanvarın 1-nə "Optimal Finance"ın aktivləri 2,906 milyon manat olub ki, bu da, illik müqayisədə 9,65 dəfə çoxdur. Bunun 2,416 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-nin kredit portfeli 8,95 dəfə böyüyüb.

Hesabat dövründə "Optimal Finance"ın öhdəlikləri kəskin artaraq 2,526 milyon manata, balans kapitalı isə 26,7 % artaraq 380 min manata çatıb.

Xatırladaq ki, “Optimal Finance" 2020-ci ilin noyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri 50% payla Elçin Əsgərli, 30% payla Fərid Eynullayev və 20% payla Yusif İbrahimovdur.