Nazir müavini: "Bakıda 6 məkanda ƏDV köşkləri quraşdırılıb"

Maliyyə
  • 07 aprel, 2017
  • 08:19
Nazir müavini: Bakıda 6 məkanda ƏDV köşkləri quraşdırılıb
Report.az

Bakı. 7 aprel. REPORT.AZ/ Bakı Şopinq Festivalı üçün hazırlıq işləri tamamilə başa çatıb və bu günə qədər 6 məkanda ƏDV köşkləri quraşdırılıb. “Report” xəbər verir ki, bunu jurnalitlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, ƏDV-nin qaytarılması ilə bağlı proqram təminatı da hazırlanıb və test rejimində sınaqdan keçirilib: “Bu günə qədər 5 müvəkkil bank müəyyən edilib ki, onların 15 filialı ƏDV-nin qaytarılması prosesində bilavasitə iştirak edəcək”.

Nazir müavini deyib ki, aksizli mallar, avtomobil ehtiyat hissələri və bir sıra başqa məhsullar üzrə ƏDV qaytarılmayacaq.

44 - Tezliklə