Naxçıvanın xarici ticarət dövriyyəsi 5% artıb

Maliyyə
  • 21 iyun, 2019
  • 11:37
Naxçıvanın xarici ticarət dövriyyəsi 5% artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR üzrə 151,089 milyon ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

“Report”un yerli Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,018 milyon dollar və yaxud 4,8% çoxdur.

Son 1 ildə muxtar respublikanın ixracının dəyəri 254,3 min dollar, yaxud 0,2% artaraq 127,395 milyon dollar, idxalının dəyəri isə 6,764 milyon dollar, yaxud 40% artaraq 23,694 milyon dollar təşkil edib. 

Son nəticədə Naxçıvanın xarici ticarətində 103,701 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 6,51 milyon dollar, yaxud 5,9% azdır. 

44 - Tezliklə