Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 2% azalıb

Maliyyə
  • 14 may, 2020
  • 06:34
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 2% azalıb

Bu ilin yanvar-aprel aylarında Naxçıvan MR-da pərakəndə ticarət dövriyyəsinin dəyəri 418,8 milyon manat təşkil edib.

Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% azdır.

4 ay ərzində muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 57,9 milyon manat olub ki, bu da illik müqayisədə 4,9% azdır.