NASA "Crew Dragon" kosmik gəmisinin BKS-dən ayrılmasını 7 oktyabra təxirə salıb

Digər ölkələr
  • 04 oktyabr, 2026
  • 04:22
NASA Crew Dragon kosmik gəmisinin BKS-dən ayrılmasını 7 oktyabra təxirə salıb

NASA və "SpaceX" "Crew-12" missiyasının "Crew Dragon" kosmik gəmisinin Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılmasını 7 oktyabra təxirə salıb.

"Report"un NASA-ya istinadən məlumatına görə, qərar Kaliforniya sahilində suya enmə ehtimalı olan ərazidə hava şəraitinin qiymətləndirilməsindən sonra verilib.

"Crew Dragon" kosmik gəmisinin BKS-dən ayrılması 7 oktyabrda Bakı vaxtı ilə saat 9:05-dən tez olmayaraq planlaşdırılır.

Kosmik gəminin daha əvvəl 5 oktyabrda stansiyadan ayrılması gözlənilirdi.

44 - Tezliklə