Delsi Rodriqez Qayananı mübahisəli Essekibo ərazisi ilə bağlı danışıqlara çağırıb
- 04 oktyabr, 2026
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Venesuelanın Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqez Qayananı Essekibo bölgəsi ilə bağlı uzun müddətdir davam edən ərazi mübahisəsinin həlli üçün danışıqlar aparmağa çağırıb.
"Report"un məlumatına görə, o, bu barədə teleqram kanalında yazıb.
"(Ərazi mübahisəsinin - red) İstənilən effektiv həlli iki ölkə arasında danışıqların nəticəsi olmalıdır. Hüquqlarımızın müdafiəsində qanunun aliliyinə və mehriban qonşuluq münasibətlərinə sadiq olduğumuzu bir daha təsdiqləyirik", - Rodriqez bildirib.
O, həmçinin Qayananın iki ölkə arasındakı sərhədi müəyyən edən 1899-cu il arbitraj qərarını qüvvədə saxlamaq üçün BMT-nin Beynəlxalq Məhkəməsinə müraciətini tənqid edib.
"Bizi ərazimizin əhəmiyyətli bir hissəsindən məhrum etməyə çalışan Parisin saxta Arbitraj Qərarından 127 il sonra, Venesuelanın Qayana-Essekibo ilə bağlı tarixi mövqeyini bir daha təsdiqləyirik", - o vurğulayıb.