"Muğan Bank" kapital artımını yekunlaşdırıb
Maliyyə
- 30 mart, 2021
- 12:54
"Muğan Bank" ASC nizamnamə kapitalının 5 milyon manat və yaxud 4,9 % artırılaraq 102,5 milyon manatdan 107,5 milyon manata çatdırılması prosesini yekunlaşdırıb.
"Report" bu barədə "Bakı Fond Birjası QSC-yə istinadən xəbər verir.
Məlumata görə, kapital artımı üçün hər birinin nominal dəyəri 200 manat olan 25 min ədəd yeni adi, sənədsiz, adlı səhm ötən gün Birjada yerləşdirilib və əldə olunub.
Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Bankın Müşahidə Şurasının sədri), Maqbet Rəhim oğlu Mehdiyevə, Vəfa Əhməd qızı Vəliyevaya və Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.
Son xəbərlər
18:40
"Azneft" İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
Energetika18:38
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
Digər ölkələr18:38
Dünya Bankı: Normativ baza olmadan transsərhəd "yaşıl enerji" dəhlizləri kommersiya dəyərini itirir
Energetika18:36
Uitkoff: Tramp Rusiya ilə Ukrayna arasında möhkəm sülh üçün səy göstərir
Digər18:35
Foto
Bakıda külək nəticəsində 15 ağac sınıb
Hadisə18:25
Azərbaycanlı FIFA hakimi Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb
Futbol18:23
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb
Region18:17
Almaniyanın Peterburqdakı baş konsulluğunun fəaliyyəti dayandırılır
Digər ölkələr18:14
Video