Dünya Bankı: Normativ baza olmadan transsərhəd "yaşıl enerji" dəhlizləri kommersiya dəyərini itirir

Energetika
  • 07 sentyabr, 2026
  • 18:38
Dünya Bankı: Normativ baza olmadan transsərhəd yaşıl enerji dəhlizləri kommersiya dəyərini itirir

Fiziki infrastrukturun inşası transsərhəd "yaşıl enerji" dəhlizlərinin reallaşdırılması zamanı tərkib hissələrindən yalnız birini təşkil edir - paralel olaraq normativ-hüquqi və institusional baza yaradılmadan, bu cür layihələr öz kommersiya cəlbediciliyini itirmək riski ilə üzləşir.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Enerji Sektorunun İdarəolunmasına Yardım Proqramının (ESMAP) enerji məsələləri üzrə baş iqtisadçısı Kler Marion Nikolya "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"da (BCAW 2026) panel müzakirəsi zamanı bildirib.

"Bir çox regionların təcrübəsi bizə göstərdi ki, interkonnektorların inşası və texniki maneələrin dəf edilməsi çox vaxt işin daha az mürəkkəb hissəsidir. Elektrik enerjisinin dövlət sərhədlərindən maneəsiz axınını təmin edən kompleks ekosistem formalaşdırmaq daha çətindir", - o qeyd edib.

K. Nikolyanın sözlərinə görə, tam inteqrasiya eyni vaxtda bir neçə istiqamət üzrə əlaqələndirilmiş fəaliyyət tələb edir: vahid bazar qaydalarının işlənib hazırlanması, əməliyyat proseslərinin koordinasiyası, qanunvericilik normalarının uzlaşdırılması və "yaşıl enerji"nin mənşəyinin sertifikatlaşdırılmasının etibarlı mexanizmlərinin tətbiqi.

O, Mərkəzi Asiyadan Cənubi Qafqaz, Türkiyə və Qara dəniz regionu vasitəsilə Avropa İttifaqı ölkələrinə elektrik enerjisinin nəqli üzrə formalaşmaqda olan marşruta xüsusi diqqət ayırıb: "Bu miqyasda təşəbbüslər üçün texniki və hüquqi infrastrukturu eyni vaxtda inkişaf etdirmək prinsipial əhəmiyyət daşıyır. Əgər yalnız elektrik verilişi xətlərinin inşası ilə kifayətlənsək, biz fiziki bağlılığı təmin edəcəyik, lakin kommersiya dəyəri itirilə bilər", - iqtisadçısı vurğulayıb.

44 filmi