Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Hadisə
  • 07 sentyabr, 2026
  • 19:14
Cəlilabadda aşan ağaclar yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub - YENİLƏNİB

Cəlilabad rayonunda güclü külək nəticəsində ağacların yola aşması səbəbindən yaranan nəqliyyat məhdudiyyəti aradan qaldırılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, aidiyyəti qurumlar tərəfindən yola aşan ağacların götürülməsi ilə bağlı işlər həyata keçirilib.

Hazırda həmin ərazidə hər iki istiqamətdə nəqliyyatın hərəkəti tam bərpa olunub.

Ərazidə hərəkətin təhlükəsizliyi polis əməkdaşları tərəfindən təmin edilib.

Cəlilabad rayonunda güclü külək ağacları yola aşırıb.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonunun Göytəpə şəhəri istiqamətindən keçən hissəsində baş verib.

Belə ki, yol kənarındakı irigövdəli ağaclar güclü küləyin təsirindən yolun hərəkət hissəsinə aşıb.

Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb, külək ərazidə 30-a yaxın ağacı aşırıb.

Hazırda aşmış ağacların yoldan kənarlaşdırılması istiqamətində işlər görülür.

Bundan başqa, güclü külək yol ətrafında yerləşən bəzi istixanalara da ziyan vurub. Göytəpə şəhərində elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir.

Hazırda bölgədə güclü külək davam edir.

44 - Tezliklə