Mokruşin: Tacikistanda daşınmaz əmlakın vergitutma sistemi fərqləri nəzərə almır
- 21 may, 2026
- 13:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Tacikistanda daşınmaz əmlakın mövcud vergitutma sistemi vahid dərəcəlidir və obyektlərin bazar dəyərindəki fərqləri nəzərə almır, bu da onun ədalətliliyini və fiskal səmərəliliyini aşağı salır.
"Report" xəbər verir ki, bu barədə Ərazilərin İnkişafı Beynəlxalq Assosiasiyasının nümayəndəsi Oleq Mokruşin Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlərin dayanıqlı inkişafının hərəkətverici qüvvəsi kimi daşınmaz əmlakın ədalətli vergisi" tədbirində bildirib.
Onun sözlərinə görə, ölkədə sabit vergi bazası tətbiq edilir, onun əsasında yaşayış daşınmaz əmlakı vergisi hesablanır, bu da müxtəlif bazar dəyərinə malik obyektlər üçün eyni vergi yükünə gətirib çıxarır.
O misal çəkib ki, buna əsasən 120 kv. metr sahəsi olan mənzil ildə təxminən 345 somoni məbləğində vergiyə cəlb olunur, bu da təqribən 35 dollara ekvivalentdir.
"Mövcud modeldə daşınmaz əmlakın bazar dəyərindəki əhəmiyyətli fərqə baxmayaraq, vergi yükü həm paytaxtın mərkəzi rayonları, həm də ətraf ərazilər üçün eynidir", - o qeyd edib.
Oleq Mokruşin əlavə edib ki, belə bir yanaşma ərazilərin inkişafını stimullaşdırmır və bələdiyyələrin vergi bazasının artmasına kömək etmir.