“MJ Financial Services” BOKT ötən ili mənfəətlə başa vurub

Maliyyə
  • 11 may, 2022
  • 11:43
“MJ Financial Services” BOKT ötən ili mənfəətlə başa vurub

“MJ Financial Services” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 905 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2020-ci ildən 130 min manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “MJ Financial Services”in vergiyəqədərki mənfəəti 1,131 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 226 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “MJ Financial Services”in aktivləri 10,292 milyon manat olub ki, bu da illik müqayisədə 2,8 dəfə çoxdur. Bunun 10,167 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 2,8 dəfə böyüyüb.

Hesabat dövründə “MJ Financial Services”in öhdəlikləri 2,5 dəfə artaraq 9,225 milyon manata, balans kapitalı isə 6,55 dəfə artaraq 1,067 milyon manata çatıb.

Xatırladaq ki, “MJ Financial Services” 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçiləri isə Camal Aydınov (70%) və Mədəd Rüstəmovdur (30%).

44 - Tezliklə