Milli Məclis İSF-nin gələnilki büdcəsini I oxunuşda qəbul edib

Maliyyə
  • 17 noyabr, 2026
  • 16:12
Milli Məclis İSF-nin gələnilki büdcəsini I oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul edilib.

"Report" xəbər verir ki, 2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 319,2 milyon manat (2026-cı illə müqayisədə 19,8 % çox) olması proqnozlaşdırılır.

Xərclərin 268,9 milyon manatının (12,8 % çox) İSF-nin gəlirlərinin, 50,3 milyon manatının (79 % çox) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.

44 filmi