"MCB" BOKT-un xalis mənfəəti 34% artıb

Maliyyə
  • 25 may, 2022
  • 07:29
MCB BOKT-un xalis mənfəəti 34% artıb

MCB QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 659 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 34,2 % çoxdur.

Ötən il MCB-nin vergiyəqədərki mənfəəti 825 min manat (əvvəlk ilə nisbətən 33,9 % çox), mənfəət vergisi ödəmələri isə 166 min manat (33,9% çox) təşkil edib.

Bu il yanvarın 1-nə MCB-nin aktivləri 13,535 milyon manat olub ki, bu da illik müqayisədə 54,2% çoxdur. Bunun 12,417 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 57,1% böyüyüb.

Hesabat dövründə MCB-nin öhdəlikləri 96,4 % artaraq 8,355 milyon manata, balans kapitalı isə 14,6 % artaraq 5,179 milyon manata çatıb.

Xatırladaq ki, MCB 2009-cu ildən fəaliyyət göstərən eyni adlı lizinq şirkətinin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,284 milyon manatdır. BOKT-un səhmdarları 99,94%-lik payla Pakistanın "MCB Bank"ı və 0,06%-lik payla İdarə Heyətinin sədri Rəmal Cəfər oğlu Cəfərovdur.