Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 18:05
Azərbaycan və Çin arasında minatəmizləmə sahəsində müzakirələr aparılıb

Bakıda keçirilən ADEX - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə Çin Xalq Respublikasının (ÇXR) müdafiə sənayesi korporasiyası olan NORINCO-nun (China North Industries Group Corporation) vitse-prezidenti Vanq Çuan arasında görüş keçirilib.

"Report" xəbər verir ki, bu barədə ANAMA-nın "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüş zamanı humanitar minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqi, texniki imkanların genişləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

44 - Tezliklə