Himalayda qar uçqunu qurbanlarının sayı 15-ə çatıb

Digər ölkələr
  • 01 oktyabr, 2026
  • 18:27
Himalayda qar uçqunu qurbanlarının sayı 15-ə çatıb

Himalayda Ximlunq-Himal (7 126 m) zirvəsi ərazisində baza düşərgəsinə qar uçqununun düşməsi nəticəsində ölənlərin ümumi sayı 15-ə çatıb.

"Report" xəbər verir ki, bu barədə "The Himalayan Times" nəşri yazıb.

Bildirilib ki, dağıntılar altından daha 4 nəfərin meyiti çıxarılıb.

Bir nəfər hələ də itkin düşmüş hesab olunur.