Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Maliyyə
  • 30 dekabr, 2019
  • 10:13
Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,6 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,4 bənd az, ilin əvvəli ilə müqayisədə 1 bənd çox, ötən ilin dekabrın 1-nə nisbətən isə 1 bənd çoxdur.

Bu il dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, illik müqayisədə isə 0,2 bənd çoxdur.

44 - Tezliklə