Maliyyə Nazirliyi 9 ayda 1 500-dən çox müraciət qəbul edib

Maliyyə
  • 13 noyabr, 2026
  • 15:39
Maliyyə Nazirliyi 9 ayda 1 500-dən çox müraciət qəbul edib

Bu ilin yanvar-sentyabr aylarında Maliyyə Nazirliyinin aparatına 1 559 müraciət daxil olub.

"Report" xəbər verir ki, bu barədə nazirliyin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bunun, 1 158-i ərizə, 388-i şikayət, 13-ü təklif olub.

Hesabat dövründə nazirlikdə 80 vətəndaş qəbul edilib.