Azərbaycanda 9 ayda 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Maliyyə
  • 13 noyabr, 2026
  • 15:30
Azərbaycanda 9 ayda 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Bu ilin yanvar-sentyabr aylarında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 91 layihə maliyyə ekspertizasına cəlb olunub.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.

Sənədə əsasən, bunlardan ümumi dəyəri 1 milyard 38 milyon manat olan 59 layihə tamamlanıb, 32 layihə isə davam edir.

Maliyyə ekspertizası "İşğaldan azad edilmiş ərazilərdə dövlət investisiya layihələrinin səmərəliliyinin artırılmasına dair Tədbirlər Planı" çərçivəsində icra olunan dövlət investisiya və infrastruktur layihələrinin yüksək səmərəlilik, icra intizamı prinsipləri əsasında əlaqələndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə, layihələrin optimallaşdırılması və preventiv nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə aparılır.

Maliyyə ekspertiziyasının bir istiqaməti qiymət ekspertizası. Bu, malların, materialların və avadanlıqların, habelə işçi qüvvəsindən, maşın və mexanizmlərdən istifadə ilə bağlı xərclərin qüvvədə olan normalar və orta bazar qiymətləri ilə müqayisəsi əsasında fərqlərin müəyyən edilməsidir.

Digər istiqamət iş həcminin ekspertizasıdır. Məqsəd layihə cizgiləri ilə smeta sənədləri arasında miqdar və hesablama uyğunsuzluqlarını, habelə PrezidentiAdministrasiyasının "İşğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsinə dair Tövsiyələr"ini rəhbər tutaraq kənarlaşmaların təsbit edilməsidir.

44 filmi