Sahil Babayev: "Azərbaycanda icmal səhiyyə xərcləri son 5 ildə 2,6 dəfə artıb"
- 04 noyabr, 2025
 - 12:01
 
                            
                            
                        Azərbaycanın səhiyyə xərcləri ÜDM-yə düşən paya görə MDB ölkələri ilə müqayisədə ən yüksək göstəricilərdən biridir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, icmal dövlət büdcəsində səhiyyə xərcləri 2025-ci illə müqayisədə 6,4 % və ya 227 milyon manat çox, dövlət büdcəndə isə səhiyyə xərcləri 195 milyon manat və ya 10,7 % çox proqnozlaşdırılır: "Ümumilikdə son 5 ildə büdcə xərclərində səhiyyə xərcləri 43 % artıb, icmal səhiyyə xərclərində isə 2,6 dəfə, yəni 160 %-lik artım qeydə alınıb. Beynəlxalq göstəricilərə nəzər salmaq istərdim. Qeyd edim ki, bizdə səhiyyə xərcləri ümumi daxili məhsulumuzun 2,7 %-ni təşkil edir. MDB ölkələri ilə müqayisə etsək, bu, ən yüksək göstəricilərdən biridir".