Ləğv prosesində olan bankların daşınar əmlakları hərraca çıxarılıb
- 05 sentyabr, 2023
- 05:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 7-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Ata Bank” və “Dəmir Bank” ASC-lərin daşınar əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) məlumat yayıb.
Söhbət “Ata Bank”a məxsus 8 ədəd, “Dəmir Bank”a məxsus 2 ədəd ödəmə terminalıdan gedir.
Bankların daşınar əmlaklarına müvafiq olaraq 6,4 min manat və 1,6 min manat qiymət qoyulub.
Qeyd edək ki, “Ata Bank”ın lisenziyası Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən, “DəmirBank” ASC-nin lisenziyası isə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən ləğv edilib.