"Legion Financial" nizamnamə kapitalını bir qədər də artırır

Maliyyə
  • 28 dekabr, 2024
  • 06:00
Legion Financial nizamnamə kapitalını bir qədər də artırır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC "Bakı Fond Birjası" QSC-də 605 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 6 050 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 17,1 % artaraq 3,53 milyon manatdan 4,135 milyon manata çatacaq.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 39,5 %-i Turan İsmayılova, 31,6 %-i Ramin Süleymanlıya, 10,5 %-i Rövşən Sultanova, 13 %-i Böyükağa Məmmədova, 5,4 %-i isə Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.