​Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir

Maliyyə
  • 17 avqust, 2016
  • 06:05
​Latviyanın lizinq şirkəti Azərbaycan bazarını tərk edir

Bakı. 17 avqust. REPORT.AZ/ Latviyaya məxsus "TKB Lizings" MMC-nin Azərbaycandakı nümayəndəliyi ləğv olunur. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Keykab Səfərəliyeva küçəsi,27 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "TKB Lizings" şirkəti Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Kipr, Qazaxıstan və Tacikistanda da nümayəndəliyə malikdir.

44 - Tezliklə