"Kredit Servis" BOKT-un xalis mənfəəti 2 %-ə yaxın azalıb

Maliyyə
  • 02 iyun, 2025
  • 14:03
Kredit Servis BOKT-un xalis mənfəəti 2 %-ə yaxın azalıb

"Kredit Servis" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 64 min manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 1,5 % azdır.

Ötən il "Kredit Servis"in vergiyəqədərki mənfəəti 84 min manat (əvvəlki ilə nisbətən 2,5 % çox), mənfəət vergisi ödəmələri isə 17 min manat (21,4 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Kredit Servis"in aktivləri 1,609 milyon manat olub ki, bu da illik müqayisədə 15,2 % çoxdur. Bunun 1,406 min manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 70,4 % böyüyüb.

Hesabat dövründə "Kredit Servis"in öhdəlikləri 5,1 dəfə artaraq 261 min manata çatıb, balans kapitalı isə 0,5 % azalaraq 1,347 milyon manata düşüb.

Xatırladaq ki, "Kredit Servis" 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,283 milyon manatdır.