"Kredit Evi" xüsusi əhəmiyyətli əqd bağlayacaq

Maliyyə
  • 28 oktyabr, 2026
  • 11:02
Kredit Evi xüsusi əhəmiyyətli əqd bağlayacaq

"Kredit Evi" ASC 15,3 milyon manat dəyərində daşınmaz əmlakın alışı məqsədilə xüsusi əhəmiyyətli əqd bağlayacaq.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar şirkətin səhmdarlarının oktyabrın 23-də keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib.

Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun səhmdarları hər biri 50 % payla Dürrə Hüseynova və Səbuhi Əzizovdur. Sonuncu həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin 50 %-nə nəzarət edir.

44 filmi