“Kredaqro” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 26 avqust, 2022
- 06:55
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kredaqro” MMC bank olmayan kredit təşkilatının (BOKT) 500 min manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar avqustun 30-da birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd, yəni 500 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 11%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.