“Kredaqro” BOKT ötən ili mənfəətlə başa vurub
- 16 mart, 2023
- 11:40
Yeniliklərdən dərhal xəbərdar olun!
“Kredaqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 284 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2021-ci ildən 1,439 milyon manat xalis zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Kredaqro”nun vergiyəqədərki zərəri 415 min manat (əvvəlki ilə nisbətən 70,5 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 699 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə “Kredaqro”nun aktivləri 8,821 milyon manat olub ki, bu da illik müqayisədə 15,7 % çoxdur. Bunun 5,316 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 22,9 % böyüyüb.
Hesabat dövründə “Kredaqro”nun öhdəlikləri 30,6 % artaraq 3,91 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 4,911 milyon manata çatıb.
Xatırladaq ki, “Kredaqro” 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. BOKT-nin təsisçisi 100% Rusiyaya məxsus “Aqromostfinans” MMC-dir.