“Kəpəz” BOKT-un istiqrazlarının qalan hissəsi üzrə hərracın tarixi açıqlanıb
- 02 sentyabr, 2022
- 08:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Sentyabrın 6-da "Bakı Fond Birjası" QSC-də (BFB) "Kəpəz" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.
Məlumata görə, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz (2 milyon manatlıq) standart bazar seqmentində listinqə daxil edilib. Bunun 1 milyon manatlıq hissəsi yerləşdirilib, qalan 1 milyon manatlıq hissəsi isə hərraca çıxarılacaq. Qiymətli kağızlar 4 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Azfinance İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.