"İrşad” BOKT-un zərəri kəskin artıb

Maliyyə
  • 30 may, 2025
  • 10:06
İrşad” BOKT-un zərəri kəskin artıb

"İrşad” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 68 min manat zərərlə baş vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 37,7 dəfə çoxdur.

Bu il yanvarın 1-nə "İrşad”ın aktivləri 1,093 milyon manat olub ki, bu da illik müqayisədə 9,3 % çoxdur.

Hesabat dövründə "İrşad”ın öhdəlikləri 90,4 dəfə artaraq 163 min manata çatıb, balans kapitalı isə 6,8 % azalaraq 930 min manata düşüb.

Xatırladaq ki, "İrşad” 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,250 milyon manatdır. BOKT-un təsisçisi 100 % Rəşad Qəribovdur.

44 - Tezliklə