WSJ: ABŞ səfirinin yunan oliqarxlardan hədiyyələr alması iddiaları ilə bağlı araşdırma aparılır
- 11 oktyabr, 2026
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Dövlət Departamentinin baş müfəttişi ABŞ-nin Yunanıstandakı səfiri Kimberli Qilfoyl barəsində onun özəl iş adamlarından hədiyyələr və ya xidmətlər alıb-almadığını müəyyənləşdirmək üçün araşdırma aparır.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumatda həmçinin Qilfoylun yunan iş adamları ilə birlikdə şəxsi təyyarələrdəki səfərləri barədə danışdığı Davosdakı söhbətinin səs yazısı da var. WSJ-nin həmsöhbətlərinin sözlərinə görə, iş adamlarından biri səfirin bahalı oteldə qalma xərclərini ödəyib.
2026-cı ilin yanvarında səfir Davosda keçirilən Dünya İqtisadi Forumuna Yunanıstanın "Aktor Group" tikinti şirkətinin rəhbəri Aleksandros Eksarxu ilə birlikdə şəxsi təyyarə ilə uçub. WSJ daha əvvəl bildirmişdi ki, Qilfoyl bir sıra ölkələrin hakimiyyət orqanlarını həmin iş adamı ilə əməkdaşlıq etməyə və onun şirkətindən Amerika təbii qazını almağa çağırıb.
Davosda səfir ABŞ Prezidentinin oğlu Erik Trampın iştirak etdiyi şam yeməyinə qatılmağa cəhd edib. O, qonaqlar siyahısında olan amerikalı iş adamından dəvətnamə almağa kömək etməsini xahiş edib. Nəticədə o, şam yeməyində yer əldə edib.