"International Leasing"in istiqrazlarına 50 investor maraq göstərib

Maliyyə
  • 22 may, 2025
  • 16:33
International Leasingin istiqrazlarına 50 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) "International Leasing" ASC-nin 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd istiqraz rəqabətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 50 investor 1 milyon manatlıq 50 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 18 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Capital Partners İnvestisiya Şirikəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.