"International" BOKT-un mənfəəti artıb

Maliyyə
  • 22 iyun, 2023
  • 12:12
International BOKT-un mənfəəti artıb

"International" ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,53 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,7 dəfə çoxdur.

Ötən il "İnternational"ın vergiyəqədərki mənfəəti 1,973 milyon manat (əvvəlki ilə nisbətən 3,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 443 min manat (3,7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə "International"ın aktivləri 28,961 milyon manat olub ki, bu da illik müqayisədə 45,2 % çoxdur. Bunun 24,602 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 38,6 % böyüyüb.

Hesabat dövründə BOKT-un öhdəlikləri 57,4 % artaraq 22,915 milyon manata, balans kapitalı isə 12,3 % artaraq 6,047 milyon manata çatıb.

Xatırladaq ki, "International" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un səhmdarı 100 % Rifat Həsənovdur.