Polşa müdafiə nazirinin müavini ölkədə "Patriot" zavodunun tikintisi təklifini irəli sürüb

Digər ölkələr
  • 28 sentyabr, 2026
  • 03:59
Polşa müdafiə nazirinin müavini ölkədə Patriot zavodunun tikintisi təklifini irəli sürüb

Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka ölkədə "Patriot" zenit-raket sistemi istehsalı zavodunun tikintisi təklifini irəli sürüb.

"Report"un məlumatına görə, bu barədə RMF FM radiostansiyası xəbər verib.

"Biz təklif etmişik ki, əgər belə zavodun Ukraynada tikintisi planlaşdırılırsa, onun əvəzinə Polşada - sözdə təhlükəsiz zonada yerləşdirilməsi lazımdır", - radiostansiya nazir müavininin sözlərini sitat gətirib.

Sobkovyak-Çarneçka əlavə edib ki, zavodun Polşada yerləşməsi ABŞ hökumətinin Ukrayna ilə bağlı qərarlarından asılı deyil.

44 filmi